“Taliban”: “İslamabadın addımları çox qəddardır və beynəlxalq normalara ziddir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Pakistan əfqanları öz ölkəsindən deportasiya etməklə “Taliban” hökumətinə
təzyiq göstərməyə çalışır.
Bu açıqlama ilə “Taliban” təşkilatının təsis etdiyi sərhədlər və qəbilələr
naziri Molla Nurullah Nuri çıxış edib.
O qeyd edib ki, İslamabadın bu hərəkətləri qəddar olduğu qədər, qaçqınların
statusunu tənzimləyən beynəlxalq normalara da ziddir.
O əlavə edib ki, son 3 ay ərzində 438 mindən çox əfqan Pakistanı tərk etmək
məcburiyyətində qalıb.
Məlumat üçün əlavə edək ki, Əfqanıstanla həmsərhəd ölkələrdə bu ölkənin
təqribən 8,2 milyona yaxın vətəndaşı məskunlaşıb. Artıq həmin ölkələr
qeyri-qanuni şəkildə onların sərhədlərini keçmiş əfqanları öz ölkələrindən
deportasiya etməyə başlayıb. Bu isə “Taliban” iqtidarı üçün ciddi sosial təzyiq
yaradıb.
MƏnbə: Sputnik Əfqanıstan