“Taliban” yaraqlıları silahları yerə qoyur

“Taliban” yaraqlıları silahları yerə qoyur

Baxış sayı: 7. 484 dəfə baxılıb.

Əfqanıstanın “Taliban” radikal qruplaşmasının 70-ə yaxın yaraqlıdan ibarət dəstəsi silahları yerə qoyub, sülh prosesinə qoşulmağa razılıq verib.

ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “TOLO NEWS” agentliyi məlumat yayıb.

Yaraqlıların hökumətdən əsas tələbi onların Türkmənistandan Hindistana qədər uzanan qaz kəmərinin mühafizəsi ilə bağlı işlərə götürülməsidir. 

1,735 km-lik “TAPİ” qaz magistralı Pakistan və Əfqanıstanın ərazilərindən keçir.

Danışıqları davam etdirən Əfqanıstan hökuməti barışıq naminə yaraqlıların şərtlərini qəbul etməyə hazır olduğunu açıqlayıb.

.
www.ÇıxışYolu.Com