7ee9758a-2e29-4043-ba83-13ec883fd41a..jpg

“Taliban”ın həbsxanalarda tətbiq etdiyi işğəncələrlə bağlı hesabat hazırlanıb

Baxış sayı: 473 dəfə baxılıb.

“Taliban”ın həbsxanalarda tətbiq etdiyi işğəncələrlə bağlı hesabat hazırlanıb

Əfqanıstanda məhbuslar elektrik cərəyanı, boğulma və döyülmə ilə müşahidə
olunan işgəncələrə məruz qalırlar.

Bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) yayımladığı
hesabatda qeyd olunub.

Hesabatda qeyd olunur ki, 2022-ci ilin yanvarından 2023-cü ilin iyuluna qədər
aparılan monitorinq zamanı məlum olub ki, 259 işgəncə hadisəsi fiziki, 207-si
isə psixoloji məqamlarla bağlı olub.

Hesabatı şərh edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk
bildirib ki, döymə, su işgəncəsi, elektrik şoku və bir çox digər qəddar və
insan ləyaqətini alçaldan rəftar ürək ağrıdır. “Taliban” hökuməti qeyd olunan
hallarla bağlı konkret tədbirlər görməli, günahkarları məsuliyyətə cəlb
etməlidir.

Mənbə: Aamajnews24

Source link