“Taliban” terror qruplaşmasının yaraqlıları ilə Əfqanıstanın hökumət qoşunları arasında Qəzni şəhərində meydana gələn toqquşmalar nəticəsində 103 nəfər həlak olub, 133 nəfər yaralanıb.
ÇıxışYolu.Com xəbər verir ki, dünyasını dəyişənlərin 90 nəfəri ölkənin güc strukturlarının nümayəndələri, daha 13 nəfər isə dinc sakinlərdir. Toqquşmalar zamanı “Taliban” da itki verib.
Cümə günü taliblər Əfqanıstanın mərkəzində yerləşən Qəzni şəhərinə hücuma keçiblər. Bildirilir ki, yaraqlılar bir neçə istiqamətdən şəhərə daxil olmağa cəhd göstərirlər.
Şəhərin polis rəisi daha öncə Qəzninin hökumət qüvvələrinin nəzarətində olduğunu açıqlamışdı. Onun sözlərinə əsasən, “Taliban” üzvləri şəhərə daxil ola bilməyiblər, lakin toqquşmalar Qəzni ətrafında davam edir.