Taliblər 11 sentyabrı ABŞ səfirliyinə raket atəşi ilə “qeyd” ediblər

Baxış sayı: 1. 943 dəfə baxılıb.

Taliblər 11 sentyabrı ABŞ səfirliyinə raket atəşi ilə “qeyd” ediblər

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında güclü partlayış baş verib.

The Washington Post” xəbər verir ki, partlayışdan sonra yaxınlıqdakı rayonlarda siqnalizasiya səsi eşidilib.

Şahidlər Kabilin mərkəzi üzərində tüstü müşahidə ediblər. ABŞ səfirliyinin əməkdaşlarının məlumatına görə, ərazidə raket partlayışı olub.

Hadisədə “Taliban” hərəkatını şübhəli bilirlər.

Partlayış 11 sentyabr teraktının 18-ci ildönümünə təsadüf edir.