1ac4043c-b71a-4a0d-a26e-c89867de6ec6..jpg

Talış sakininin Zəfər Günü sevinci: “30 illik fasilədən sonra həsrətində olduğumuz əzəli torpağımızdayıq”

Baxış sayı: 511 dəfə baxılıb.

Talış sakininin Zəfər Günü sevinci: “30 illik fasilədən sonra həsrətində
olduğumuz əzəli torpağımızdayıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zəfər Günü bizə şəhidlərimizin mirasıdır”.

Bu sözləri “Report”a açıqlamasında Tərtər rayonunun Talış kənd sakini Əyyub
Əkbərov deyib.

Zəfər sevincini doğma yurdlarında qeyd etdiyi üçün çox xoşbəxt olduğunu
söyləyən Ə.Əkbərov qeyd edib:

“Otuz yaşımda torpağımı tərk etmək məcburiyyətində qaldım. Bakıda yaşadığım bu
illər ərzində ən böyük arzum doğma yurduma, ata ocağıma geri dönmək idi.
Şükürlər olsun ki, bu xoş günləri görmək mənə nəsib oldu, doğma yurduma
qovuşdum. 30 illik fasilədən sonra həsrətində olduğumuz əzəli torpağımızdayıq”.

Ə.Ələkbərov bildirib ki, Talış kəndi əvvəllər də Qarabağın ən inkişaf etmiş
kəndlərindən biri olub:

“İndi işğaldan azad edilmiş kəndlərimizi qurub-yaratmaq, inkişaf etdirmək ən
böyük məqsədlərimizdəndir. Burada sürətli inkişaf və yüksəlişin şahidi oluruq.
İşğalda olduğu illərdə Talış kəndinə çox böyük ziyan dəyib. Amma biz ruhdan
düşmürük. Zəfər Günü bizim üzərimizə mühüm məsuliyyət qoyur.

Bu torpağın hər bir qarışında şəhidlərin qanı və izi var. Bu gün kəndimizin
hər bir qarışında qələbənin qoxusu duyulur. Ona görə ki, burdan qalib
Azərbaycan əsgəri keçib. Zəfər Günü bizə şəhidlərimizdən mirasdır. Bu yerlərin
hər bir daşının qiymətini bilməliyik. Zəfər sevincini bizə yaşadan
hərbçilərimizə, qazilərimizə təşəkkür edir, şəhidlərimizin ruhu şad olsun
deyirəm”.

Source link