Dubayda 17-ci Ərəb Media Forumu çərçivəsində regionda ilk dəfə “Tamara” adlı süni intellektli jurnalist təqdim edilib.
ÇıxışYolu.Com AZƏRTAC-a istinadla xəbər verir ki, robot-jurnalist “Tamara” 6 min veb-saytdan informasiyanı skan etmək imkanına malikdir və sosial şəbəkələrdə çıxan 23 mindən çox məqalə və şərhi millisaniyə müddətində oxumağa qadirdir. Bununla yanaşı, “Tamara” TV-reportaj, press-reliz və təcili xəbər hazırlamağı da bacarır.
Robot-jurnalist artıq BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın əmiri Məhəmməd bin Rəşid Al Maktumnan müsahibə alıb və bu yaxınlarda “Al Arabiya News Channel” xəbər telekanalının komandasına qoşulacaq.
“Tamara”nı artıq “yorulmaz” jurnalist adlandırıblar, çünki onun fasilə etməyə ehtiyacı yoxdur. O, xəbər toplamağa, faktları analiz etməyə və informasiyanı müxtəlif formatlarda təqdim etməyə öyrədilib.
Robot-jurnalist, həmçinin uydurma xəbərləri və daha qiymətli informasiyaları aşkar etməyə qadirdir.