TANAP-ın rəsmi açılış mərasiminin tarixi açıqlanıb

TANAP-ın rəsmi açılış mərasiminin tarixi açıqlanıb

Baxış sayı: 2. 227 dəfə baxılıb.

Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) layihəsinin rəsmi açılış mərasiminin tarixi açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu il iyunun 19-da TANAP layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev türkiyəli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyədə prezident seçkilərinin vaxtından əvvəl keçirilməsinə görə TANAP-ın rəsmi açılış mərasimi iyunun 19-da olacaq. Lakin Türkiyəyə ilk qazın verilişi iyulun ilk həftəsinə planlaşdırılıb.

www.ÇıxışYolu.Com