TANAP-ın Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanıb

TANAP-ın Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanıb

Baxış sayı: 5. 203 dəfə baxılıb.

Transanadolu boru kəmərinin (TANAP) Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanıb.

ÇıxışYolu.Com SOCAR-a istinadən xəbər verir ki, martın 29-da Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilib.

İclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə İdarə heyəti üzvlərinə ətraflı məlumat verilib.

Qeyd edilib ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin təqribən 99%-i yekunlaşıb. Avropaya qədər olan işlərin isə təqribən 80%-i həyata keçirilib.

Ümumilikdə layihə üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqliklə və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir.

TANAP-ın İdarə Heyətinin sədri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib:

“Cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi, TANAP-la altı milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaq.

Tikinti işlərinin qrafikə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər”.

.
www.ÇıxışYolu.Com