Türkiyəli aktrisa Pelin Karahan hər kəsi təəccübləndirəcək maraqlı açıqlamalar verib.
Aktrisa alış-veriş etmək üçün endirimlərin olmasını gözlədiyini bildirib. Əsasən də çanta və ayaqqabılarını endirimlər zamanı alır:
“Pul elə də asan qazanılmır. Alış-veriş zamanı “qiyməti öldürmə” kimi yollara əl atmıram. Amma səbirsizliklə endirimlərin olmasını izləyirəm. Gənc olduğum zaman bazara belə gedirdim. Ancaq indi gedə bilmirəm. Hazırda bir necə mağazadan alış-veriş edirəm”.
Aktrisa iş adamı Bedri Güntayla evlidir.
Qeyd edək ki, Aktrisa “Kavak yelləri” və “Muhteşem Yüzyıl” serialları ilə tanınıb. Pelin Karahan ərəb dünyasında da sevilən türk aktrisalardan biridir.
Sevinc Yasinqızı