Türkiyəli aktrisa Fahriye Evcen ekranlara geri dönmək üçün şərtlərini açıqlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, apreldə oğlu Karan dünyaya gəldikdən sonra heç bir layihədə yer almayan aktrisa geri dönmək üçün prodüserlərin qarşısına şərt qoyub.
Fahriye oğlunu özü böyütmək üçün həftənin iki günü və bayram günlərində işləməyəcəyini, yalnız doqquz saat çəkilişlərdə ola biləcəyini qeyd edib. Hələlik heç bir layihədə olmaq istəməyən aktrisa şərtləri müqabilində ürəyincə olan bir işlə ekranlara geri dönəcək. Hətta oğlu Karana özü baxması üçün yüksək məbləğli təkliflərə yox deyir.
Qeyd edək ki, Fahriye Evcen 2017-ci ildə aktyor Burak Özçivitlə evlənib.
Sevinc Yasinqızı