Tanınmış aktrisa Şarliz Teronun 2012-ci ildə övladlığa götürdüyü Cekson adlı oğlunun əslində qız olduğu ortaya çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, aktrisa bu barədə kanalların birinə müsahibəsi zamanı danışıb.
“Hər iki qızıma baxıram və bütün analar kimi mən də onlar üçün narahat oluram. İstəyirəm ki, onlar sağlam və xoşbəxt olsunlar. Onlara görə hər şey etməyə hazıram, hətta öldürməyə də”, – deyə Teron bildirib.
Qeyd edək ki, aktrisa hər zaman Ceksonun oğlan olduğunu bildirib, lakin həmişə onu qız kimi geyindirib.
Onu da bildirək ki, Şarliz digər qızı Avqustanı 2015-ci ildə övladlığa götürüb.