Tanınmış amerikalı müğənni həbs olundu

Baxış sayı: 4. 527 dəfə baxılıb.

Tanınmış amerikalı müğənni həbs olundu

ABŞ-da tanınmış müğənni R.Kelli həbs olunub. Ona cinsi zorakılıq maddəsinin 10 bəndi üzrə ittiham irəli sürülüb.

Bu barədə TMZ yazır.

Çikaqo polis idarəsinin rəsmisi Entoni Qulyemi artistin hazırda həbsdə olduğunu və fevralın 23-də hakim qarşısına çıxarılacağını bildirib.

Xatırladaq ki, R.Kelli yetkinlik yaşına çatmamış şəxslərə qarşı cinsi zorakılıqda təqsirləndirilir. 

Prokurorluğun məlumatına əsasən, onun qurbanları 13-16 yaşlarında olan 4 yeniyetmədir. 

İllinoys ştatının qanunlarına görə, bu ittiham üzrə təqsirli bilinən şəxsə ən çoxu yeddi il həbs cəzası verilir.