fa7c6955-a196-401e-b76e-b72596c2d0ac..jpg

Tanınmış aparıcı: “Gəlin İncəsənət Universitetini bağlayaq, aktyor yetişdirməyək” – VİDEO

Baxış sayı: 372 dəfə baxılıb.

Tanınmış aparıcı: “Gəlin İncəsənət Universitetini bağlayaq, aktyor
yetişdirməyək” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir insanın sənəti olmayanda ömür boyu axtarışda olur. Görə biləcəyi iş
olmayanda “Hini olmayan toyuqlar var, harada yumurtlayım” deyə, yer axtarırlar.
Buna bənzəyir. Qeyri-peşəkarlıqdır”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri Əməkdar artisti Azər Axşam “Gül kimi şou”da
deyib.

O, təhsili olmayan, lakin aktyorluq edən şəxsləri tənqid edib:

“Bir nəfərə belə sual vermişdim ki, əgər həkimlik diplomun olmasa, cərrahiyyə
şöbəsini oxumasam, məni əməliyyat masasına buraxarlar? Cavab verdi ki, yox,
insan ölə bilər. Söylədim ki, bizim də sənətdə qeyri-peşəkarları buraxanda
mənəviyyat ölür axı, hansı daha təhlükəlidir, insanın, yoxsa kütləvi
mənəviyyatın ölməyi? Cavab verə bilmədi, razılaşdı.

Yox, tərafdarı deyiləm ki, insanlara qadağalar qoyaq. Aktyorluq Allahdan
verilən bir istedaddır. Amma bəs bunun nə üçün məktəbi, universiteti, dərsi
var? Nə üçün yaradılıb? Bir insan sadəcə istedadlıdırsa, onu gətirək çəkək? Axı
səhnədə bəzi qayda-qanunlar, danışıq tərzi, rola uyğun rəftar var. Bunların
hamısı universitetdə tələbələrə dərs kimi keçilir. Gətirək istedadlı birini
filmə çəkək. Onda belə çıxır ki, bunlar lazım deyil. Biz çəkdiyimiz insanların
aldığı savada, məktəbinə önəm vermiriksə, deməli lazım deyil. Onda gəlin,
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bağlayaq, daha aktyor
yetişdirməyək. Çünki maşallah, hamı aktyordur”.


Source link