f6574312-f39c-44f6-91a3-57be17a23865..jpg

Tanınmış aparıcı: “TikTok” Azərbaycanda bağlanmalıdır” – FOTO

Baxış sayı: 373 dəfə baxılıb.

Tanınmış aparıcı: “TikTok” Azərbaycanda bağlanmalıdır” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz hazırda sosial şəbəkələrin köləsinə çevrilmişik”.

Bu sözləri “Yeni Sabah”a tanınmış aparıcı Yusif Ağayev bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yalnız qalmaqallı paylaşımlar gündəmə
çevrilir:

“Mən bütün dünya ölkələrini gəzmiş adamam. Həmin səyahətlərdən çoxlu
fotoşəkillərimi sosial şəbəkə hesablarımda paylaşmışam. Ancaq bu paylaşımlar
heç kəsin diqqətini cəlb etmir. Qalmaqallı məlumat paylaşsam, çoxlu izlənmə və
bəyənmə gələr. İnsanlar da bunu istəyirlər. Bu hal isə onu sübut edir ki, biz
artıq sosial şəbəkələrin köləsinə çevrilmişik. Dünyanın istənilən yerində
reallıq bundan ibarətdir. Paylaşımları yalnız bəyənmə, şərh, izləyici xətrinə
edirlər. Artıq sosial şəbəkələr cəmiyyətə hökm edir”.

Tanınmış aparıcı qətiyyətli şəkildə qeyd edib ki, “TikTok” sosial
platformasının ölkəmizdəki fəaliyyətinə son verilməlidir:

“Birmənalı şəkildə bildirirəm ki, “TikTok” Azərbaycanda bağlanmalıdır. Biz bu
platformada nələr-nələr görürük? Burada nələr yoxdur? Bu sosial şəbəkəyə ciddi
nəzarət lazımdır. Sərgilənən bəzi davranışlar cəzalandırılmalıdır. “TikTok”a
əncam çəkilməlidir. Orada nümayiş edilənlər bizim cəmiyyətimizi təbliğ edir. Bu
o deməkdir ki, biz ancaq bundan ibarətik? Axı bizim millətimizin o qədər gözəl
xüsusiyyətləri var, paylaşılmalı, göstərilməli adət-ənənələrimiz, təbliğ
olunmalı davranışlarımız çoxdur”.

Source link