Tanınmış aparıcının maşınına oğru girdi

Tanınmış aparıcının maşınına oğru girdi

Baxış sayı: 2. 482 dəfə baxılıb.

Bakıda məşhur aparıcının avtomobilindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Yasamal rayonu .Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilib və saxlanılıb.

Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. 

Qeyd edək ki, Saleh Bağırov İTV-nin tanınmış aparıcısıdır.

www.ÇıxışYolu.Com