Tanınmış azərbaycanlı aparıcı xəstəxanaya düşdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aktyor və müğənni, teleaparıcı Sərxan Kərəmoğlu xəstəxanada müalicə alır.
Bununla bağlı sənətçi sosial şəbəkədə paylaşım edib.
S.Kərəmoğlu bildirib ki, artıq üç gündür ki, xəstəxanadadır:
“Necə deyərlər, üç gündür canımla əlləşirəm. Ölkədə tək qızılca deyil, digər
viruslar da gəzir. Mən də xəstələndim. Hazırda mənə “sistem”lər köçürülür. Bu
müalicələr mütləq həkim nəzarəti ilə aparılmalıdır. Ağlınıza gələn iynə-dərmanı
istifadə etməyin. Mütləq həkimə müraciət edin”.
Aytac Qasımova