6d5d178b-5dea-4d86-82c3-c053ac217f38..jpg

Tanınmış bəstəkar Vaqif Gərayzadənin doğum günüdür – VİDEO

Baxış sayı: 463 dəfə baxılıb.

Tanınmış bəstəkar Vaqif Gərayzadənin doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün tanınmış bəstəkar Vaqif Gərayzadənin doğum günüdür.

Cixisyolu.com xatırladır ki, Vaqif Gərayzadə 27 mart 1961-ci ildə Bakı şəhərində
anadan olub.

O, ilk musiqi təhsilini 1971-1976-cı illərdə Bakının Bakıxanov qəsəbəsindəki 4
saylı 5 illik musiqi məktəbinin fortepiano sinfində alıb.

1983-1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun kütləvi
tamaşalar rejissoru fakültəsini bitirən V.Gərayzadə 1993-1997-ci illərdə
təhsilini bu ali məktəbin aspiranturasında davam etdirib.

Azərbaycan Dövlət Konsert Birliyində, Filarmoniyada işləyib. Mədəniyyət və
İncəsənət Universiteti mədəniyyət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi,
həmçinin estrada populyar musiqi kafedrasının təşəbbüskarı və ilk müdiri olub.

Vaqif Gərayzadə müxtəlif janrlarda, o cümlədən caz, pop janrında əsərlərin
müəllifidir. Bir sıra beynəlxalq festival və müsabiqələrin laureatı, “Aypara”,
“W-trio”, “Şeron” musiqi qruplarının yaradıcısı, “Şərq ulduzları” və “Şərq
çırağı” vokal qruplarının rəhbəri olub.

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanı
ilə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq
görülüb.

Bir çox hit musiqilərin müəllifi olan bəstəkar Azərbaycan estradasında
Brilliant Dadaşovanın, Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın, Röyanın və
bir çox tanınmış müğənnilərin yetişməsində böyük rol oynayıb.

Ailəlidir, 2 övladı var.


Source link