878a21f1-c770-469c-a939-8120ca44c58c..jpg

Tanınmış bankın adına oxşar səhifələr açıb pulları mənimsədi

Baxış sayı: 713 dəfə baxılıb.

Tanınmış bankın adına oxşar səhifələr açıb pulları mənimsədi

Sosial şəbəkələrdə tanınmış bankın adına oxşar səhifələr yaradaraq insanlara
qarşı dələduzluq edən Vidadi Məmmədovun (ad-soyad şərtidir) məhkəmə prosesi
başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən,
1997-ci il təvəllüdlü V.Məmmədova 1 il 11 ay 26 gün müddətinə azadlığın
məhdudlaşdırılması cəzası verilib.

Məlum olub ki, 26 yaşlı Vidadi sosial şəbəkədə bank adından bir neçə səhifə
yaradıb. O, bu səhifələrin adlarına aldanaraq kredit üçün müraciət edən
şəxslərin kart hesablarında olan məbləğləri mənimsəyib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, o, həmin səhifələri
2022-ci ilin fevralında yaradıb. Vidadi səhifələrin inandırıcı olması üçün
banka məxsus reklamları da paylaşıb.

Bundan sonra müxtəlif şəxslər kredit almaq üçün həmin səhifəyə mesajlar yazıb.
O da kredit verilməsi üçün müraciət edən şəxsin kartında müəyyən pul vəsaitinin
olmalı olduğunu bildirib. Vətəndaşların kart məlumatlarını əldə etdikdən sonra
isə həmin məbləğləri mənimsəyib. Onun 4 vətəndaşa vurduğu ümumi ziyan 6935
manat olub.

Source link