66d44563-9fe3-4760-90ed-bd581adc30a4.jpg

Tanınmış cazmen, Xalq artisti Cavan Zeynallının doğum günüdür

Baxış sayı: 45 dəfə baxılıb.

Bu gün Xalq artisti, cazmen Cavan Zeynallının doğum günüdür.

Cixisyolu.com xatırladır ki, Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya
gəlib.

Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A.Zeynallı adına musiqi
texnikumunu bitirib. Həmin ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının vokal fakültəsinə qəbul olunub. 1972-ci ildə
konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist
işləyib.

1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında solist-vokalçı kimi fəaliyyət
göstərib.

1979-2001-ci illərdə “Qaya” Dövlət ansamblının solisti olub. “Qaya” ansamblı
ilə birgə bir çox xarici ölkələrdə qastrol səfərlərinə çıxıb, Azərbaycan
estrada sənətinin nümunələrini ləyaqətlə təmsil edib.

Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar
ordusu qazanıb.

Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq Caz
Festivallarının iştirakçısı olub. Bakı Caz Mərkəzində üç solo konserti ilə
çıxış edib.

Tanınmış cazmen, Xalq artisti Cavan Zeynallının doğum
günüdür
Tanınmış cazmen, Xalq artisti Cavan Zeynallının doğum günüdür

Sevimli müğənnimizin yaradıcılığı daim dövlət tərəfindən yüksək
qiymətləndirilib, 16 sentyabr 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi”, 24 may 2019-cu ildə isə “Azərbaycan Respublikasının Xalq
artisti” fəxri adlarına layiq görülüb.

21 dekabr 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsüdür.

Cavan Zeynallı 2 dəfə ailə həyatı qurub. İlk dəfə Moskvada evlənən sənətkarın
1981-ci il təvəllüdlü Nataşa adlı bir qızı var. Musiqiçi ikinci dəfə 1996-cı
ildə Röya xanımla ailə həyatı qurub.

Source link