1589203f-57eb-4798-8500-bd072f7591db..jpg

Tanınmış futbolçuya qarşı dələduzluq edən şirkət rəhbəri ilə bağlı QƏRAR

Baxış sayı: 1. 361 dəfə baxılıb.

Tanınmış futbolçuya qarşı dələduzluq edən şirkət rəhbəri ilə bağlı QƏRAR

Dələduzluqda təqsirləndirilən “Bakı” MTK-nın rəhbəri Emil Məhərrəmov, şirkətin
vəzifəli şəxsləri – Ruhin Əsgərovla Farid Rəhimovun barəsindəki məhkəmə
qərarından verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin
bərpası rədd edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məhhəromov 14 il, R.Əsgərov isə
9 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan
seçilmiş F.Rəhimova şərti cəza verilib. Daha sonra həmin şəxslər apellyasiya
şikayəti verməyib və müddətin bərpası üçün aidiyyəti üzrə məhkəməyə müraciət
ediblər.

Qeyd edək ki, həmin şəxslər eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda
təqsirləndirilirlər.

İş üzrə 52 zərərçəkmişə qarşı 3 milyon manat ziyan dəyib.

Xatırladaq ki, bu iş üzrə başqa iki nəfər – Çingiz Bağırov və Eynur Xudiyev də
təqsirli bilinib və onların cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində
araşdırılıb, hökm çıxarılıb.

Zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail”
klubunda çıxış edən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa
şəxslərə satılıb. R.Əmirquliyevə ümumilikdə 150 min manatdan çox ziyan dəyib.

R.Əmirquliyev R.Əsgərov və E.Məhərrəmovun cinayət işində zərərçəkmiş kimi
tanınır.

Source link