Tanınmış hokkeyçi Maksim Sokolovun 17 yaşlı oğlu Maksim Sokolov-kiçik iyunun 13-də anasını bıçaqlayaraq öldürüb. O, kiçik qardaşını da öldürməyə və intihar etməyə cəhd edib.
Bu barədə “Çempionat” saytı yazır.
Cinayətin motivləri hələlik bəlli deyil. Ancaq kiçik qardaşı Arseniy Sokolov polisə verdiyi ifadədə Maksimin ritual qətl həyata keçirdiyini, bütün ailə üzvlərini, sonra isə özünü öldürmək niyyətində olduğunu söyləyib.
İnsident iyunun 13-də 13:00 (Bakı vaxtı ilə 14:00) radələrində baş verib. Maksim Sokolov (kiçik) əlində mətbəx bıçağı ilə qardaşının otağına daxil olub. Əvvəl onu boğmağa başlayıb, sonra isə bıçaq zərbələri endirməyə çalışıb.
Arseniy sayıqlığı itirməyərək, təpiklə bıçağı qardaşının əlindən düşürüb, yardım istəmək üçün qonşuya qaçıb. Qonşusu – təqaüdçü Roman Qatçenko ilə evə gələn zaman anası İrina Sokolovanı ölmüş vəziyyətdə aşkarlayıb.
Nəşrin yazdığına görə, qətlə İrina ilə böyük oğul arasında düşən mübahisə səbəb olub.
Qeyd edək ki, uşaqların atası 47 yaşlı Maksim Sokolov (böyük) 2004-cü ildə hokkey üzrə Rusiya çempionu, 2005-ci ildə isə Avropa Çempionları Kubokunun mükafatçısı olub.