Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu. Az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş F.Əzizova deyib ki, təqsirləndirilən şəxslərlə barışıq müqaviləsi imzalayıb.
F.Əzizova təqsirləndirilən şəxslər tərəfindən ona səkkiz min manat ödəniş edildiyini qeyd edib:
“Qalan məbləğin ödənilməsi üçün borc müqaviləsi imzaladıq. Buna görə hər hansı şikayətim yoxdur”.
Proses oktyabrın 17-də davam etdiriləcək.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com