“Buzzfeed” nəşri görkəmli iş adamı Toni Robbinsin hələ məktəbli ikən ona təcavüz etdiyini iddia edən bir qızın hekayəsini yayımlayıb.
Onun sözlərinə görə, Robbinson ilə görüş 1985-ci ildə Kaliforniyadakı yeniyetmələr üçün yay düşərgəsində baş tutub. Orada çıxışından sonra Toni qurbanını öpüb və sinəsinə toxunub.
Düşərgədə olanlar qızın bu ifadəsini təsdiqləyiblər. Şahidlərin sözlərinə görə, Robbinson düşərgədə mütəmadi şəkildə yersiz və əxlaqa zidd davranışlar sərgiləyib.
Qalmaqallı hekayə onun cinsi cinayətləri ilə bağlı geniş araşdırmanın yalnız bir hissəsidir. Belə ki, məşqçinin seminarlarında iştirak edən pərəstişkarlar, onunla birgə düşərgədə çalışan işçilər və düşərgədə olan yetkinlik yaşına çatmayan şəxslər Tonini 1990 və 2000-ci illərin əvvəllərində baş vermiş təcavüzdə ittiham ediblər.
Toni Robbins xarici mediada yayımlanan onunla bağlı xəbərlərə reaksiya verərək, nüfuzuna xələl gətirmək üçün haqqında yalan informasiya yayan “BuzzFeed” nəşrini məhkəməyə verəcəyini söyləyib.
Robbins öz növbəsində bütün iddiaları rədd edib və xüsusilə uşaq düşərgəsində heç kimə toxunmadığını və ya öpmədiyini bildirib.
Rəşad Əliyev