caff7e3b-ecf3-4aa7-96e8-5e3a0d64c425..jpg

Tanınmış məşqçini öldürən həyat yoldaşı: “Evə qadın gətirirdi, dözə bilmədim”

Baxış sayı: 915 dəfə baxılıb.

Tanınmış məşqçini öldürən həyat yoldaşı: “Evə qadın gətirirdi, dözə bilmədim”

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Qalabəylinin cinayət işi
üzrə məhkəmə istintaqı başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin
sədrliyi ilə keçirilən iclasda Əfsanə Qalabəyli ifadə verib.

O, ifadəsində idmançı ərini uzun illər davam edən psixoloji və fiziki
işgəncələrdən bezərək öldürdüyünü deyib.

İttiham olunan şəxsin sözlərinə görə, həyat yoldaşı ona zülm edib:

“Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Bəzən evə
gəlməmişdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, qonağım olacaq. Adam gətirib,
uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə isə döyürdü.
Birgə nikahdan üçü oğlan biri qız olmaqla dörd övladımız var. Hadisə günü də
evə adam gətirmişdi. Dedim, bəsdi, ayıbdı. Dedi, “yaxşı eləyirəm”. Dözə
bilməyib öldürdüm”.

Məhkəmədə ittiham olunan şəxsin 13 yaşlı oğlu da dindirilib. Azyaşlı şahid də
anasının dediklərini təsdiq edib:

“Atam ailəsilə çox pis davranırdı. 5-6 yaşımdan o evdə qışqırıq, söyüş
eşitmişəm”.

İş üzrə zərərçəkmişin hüquqi varisi qismində qətlə yetirilən Nurani
Qalabəylinin atası tanınıb. O, məhkəmədə gəlinindən şikayətçi olmadığını deyib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Xətai rayonu ərazisində qeydə
alınıb.

Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini
çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin
120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Nurani Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, ölümünə qədər
“Sərhədçi” idman kompleksində çalışırmış.

Source link