Tanınmış məşqçinin oğlu vəfat etdi

Tanınmış məşqçinin oğlu vəfat etdi

Baxış sayı: 2. 261 dəfə baxılıb.

 

Tanınmış məşqçi Nadir Qasımova ağır itki üz verib. Mütəxəssisin oğlu Ələsgər Qasımov 42 yaşında dünyasını dəyişib.

Bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O bildirib ki, Ə. Qasımov uzun müddətdir ağciyərlərində olan xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Nadir Qasımov “Muğan”, MKT Araz klublarında çalışıb. 72 yaşlı çalışdırıcı 2004/2005-ci illərdə Azərbaycan yığma komandasında Karlos Alberto Torresin köməkçisi olub. Daha sonra o, birinci divizionda “Şuşa Qarabağ” klubunu çalışdırıb.

Nadir Qasımov bu yaxınlarda koronavirusa yoluxmuşdu və o, xəstəlikdən sağalmışdı.