Tanınmış meyxanaçının məhkəməsi başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə
hazırlıq iclası keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi
Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket
məlumatları dəqiqləşdirilib. Baxış iclası noyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib.
Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında
cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan
külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli
sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.