d0a10910-de67-4821-8b4b-8aae7e721c9f..jpg

Tanınmış modelyerin atasının qətli ilə bağlı istintaq tamamlanıb: Öldürüb quyuya atıblar

Baxış sayı: 441 dəfə baxılıb.

Tanınmış modelyerin atasının qətli ilə bağlı istintaq tamamlanıb: Öldürüb
quyuya atıblar

Sabunçu rayonunda 69 yaşlı Kamran Bəkirovun öldürülməsi faktı üzrə ibtidai
istintaq tamamlanıb.

Cixisyolu.com xəbər verir ki, istintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin
cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ
keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha
sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və
həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət
Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən
başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam
öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham elan
edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.

Qeyd edək ki, öldürülən şəxs iş adamı, rəssam-modelyer Elnarə Bəkirovanın
atasıdır.

Source link