89ade441-e7c4-43ba-84ca-064b59550537..jpg

Tanınmış modelyerin atasının qətli ilə bağlı keçirilən məhkəmədə ittiham aktı elan edilib

Baxış sayı: 951 dəfə baxılıb.

Tanınmış modelyerin atasının qətli ilə bağlı keçirilən məhkəmədə ittiham aktı
elan edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Elnarə Bəkirovanın
atasının qətlində təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət
işi üzrə məhkəmə prosesinin ilk baxış iclası keçirilib.

“Report” xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən
prosesdə prokuror Fuad Musayev ittiham aktını elan edib.

İttihama görə, bu il aprelin 6-da Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi,
Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirovun
üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin
şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan 1953-cü il
təvəllüdlü Mustafa Zeynalov və 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

İstintaqla M.Zeynalov və qohumu N.Əliyevin cinayət əlaqəsinə girərək üzərində
olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi
amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək
məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı
şübhələr müəyyən edilib.

M.Zeynalov və N.Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6,
120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla
əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli
miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər
vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.

Daha sonra təqsirləndirilən şəxslər – N.Əliyev və M.Zeynalov ifadə verərək,
elan edilmiş ittihamla özlərini təqsirli bilməyiblər.

Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin edilib.

Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O,
rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

Source link