Tanınmış rejissor Miloş Forman vəfat edib

Tanınmış rejissor Miloş Forman vəfat edib

Baxış sayı: 2. 515 dəfə baxılıb.

Məşhur amerikalı kinorejissor Miloş Forman 87 yaşında dünyasını dəyişib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Hollywood Reporter” məlumat yayıb.

Ölümün səbəbi barədə açıqlama verilmir.

Forman “Ququ quşu yuvasının üzərindən uçuş”, “Amadeus”, “Xalq Larri Flintə qarşı”, “Qoya kabusu” filmləri ilə şöhrət qazanıb.

Öz karyerası ərzində ən yaxşı rejissor nominasiyasında iki dəfə “Oskar” mükafatına, üç dəfə “Qızıl qlobus” mükafatına layiq görülüb.

Forman 1932-ci ildə Çexoslovakiyada doğulub. 1968-ci ildə ABŞ-a köçüb.

.
www.ÇıxışYolu.Com