419441ca-2172-47e8-948a-cac1517f8d74..jpg

Tanınmış tarzən Mirzə Sadıqcanın Şuşadakı evi təmir olunacaq – FOTO

Baxış sayı: 676 dəfə baxılıb.

Tanınmış tarzən Mirzə Sadıqcanın Şuşadakı evi təmir olunacaq – FOTO

“Azərbaycanın tanınmış tarzəni Mirzə Sadıqcanın Şuşada doğulub boya-başa
çatdığı evi təmir olunacaq”.

Bunu “Report”un Şuşaya ezam olunmuş müxbirinə Şuşa Dövlət Qoruğu İdarəsinin
əməkdaşı İsmayıl İsmayılov deyib.

Onun sözlərinə görə, bu ildən təmir-bərpa işlərinə başlanılacaq.

Qeyd edək ki, Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını
təkmilləşdirən Mirzə Əsəd oğlu Sadıqcanın (Mirzə Sadıqcan) yaşadığı ev XIX əsrə
aiddir.

Sadıqcanın evi Şuşa şəhərinin işğalından sonra erməni vandallar tərəfindən
dağıdılıb. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilib.

Source link