Vəkil Ceyhun Yusifov “Fəxri Fərman”la təltif olunub.
ÇıxışYolu.Com xəbər verir ki, bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov “Fəxri Fərman”ı ona təqdim edib.
“Göstərilən etimada görə AR Vəkillər Kollegiyasının sədri, hörmətli Anar Bağırova və Rəyasət Heyətinin bütün üzvlərinə təşəkkür edirəm.
Sədr kimi Anar müəllimin fəaliyyəti təqdirəlayiqdir. Mən bu gün inzibati binada yaradılan şəraiti gördükdən sonra buna bir daha əmin oldum”, – deyə vəkil bildirib.