a31241d4-3227-45ea-a346-3ae0665f1d47.jpg

Tanınmış xanəndə Səxavət Məmmədovun doğum günüdür

Baxış sayı: 21 dəfə baxılıb.

Bu gün tanınmış xanəndə Səxavət Məmmədovun doğum günüdür.

Cixisyolu.com xatırladır ki, Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam
rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səxavət ustad
xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib.

1976-cı ildə “Hümayun” xalq ansamblının solisti olub. 1983-88-ci illərdə
Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını
bir çox ölkələrdə təmsil edib.

Səxavətin yaratdığı “Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk
illərində yaranıb. Cəmi 38 il ömür sürən Səxavət Məmmədov keçmiş SSRİ və Avropa
ölkələrində konsert verməklə təkcə Qarabağı deyil, həm muğamımızı, həm də
Azərbaycan həqiqətlərini də dünyaya çatdırıb.

Uşaqlıq və gənclik illərindən “Segah” muğamına bağlı olan sənətkarın, oxuduğu
mahnıların əksəriyyəti məhz “Segah” ladındadır. “Ay bəri bax”, “Uca dağlar”,
“Yar bizə qonaq gələcək”, “Ay çiçək”, “Sarı bülbül”, “Sona bülbüllər” və s.
Mərhum sənətkarın ən yaddaqalan ifalarından olan “Azad bir quşdum” mahnısıdır.

Tanınmış xanəndə Səxavət Məmmədovun doğum günüdür
Tanınmış xanəndə Səxavət Məmmədovun doğum günüdür

Bənzərsiz səsə malik xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında
dünyasını dəyişib.

Source link