079140a9-e494-4064-b39c-03ec6793aea2..jpg

“Tanışım nazirlikdə işləyir” deyən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Baxış sayı: 570 dəfə baxılıb.

“Tanışım nazirlikdə işləyir” deyən şəxs məhkəmə zalından azadlığa buraxıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Famil Həsənovun (soyadı
şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2000 manat miqdarında cərimə təyin olunub.
Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib,
başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və o, məhkəmə
iclas zalından azadlığa buraxılıb.

İttihama görə, Famil Həsənov etibardan sui-istifadə etmə və aldatma yolu ilə
təkrarən özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayəti törədib.

Belə ki, o, zərərçəkmiş Habil Salahova (şərti) tanışının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində vəzifədə işlədiyini deyib, həmin tanışının
vasitəsilə əlilliyə görə təqaüd düzəltdirəcəyini yalandan vəd edib. Bu yolla
Famil zərərçəkmişdən ümumilikdə 1 800 manat məbləğində pul alıb.

Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə
əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş Xəyyam Əsədovun (şərti) qardaşı
arvadının komissiya sədri işləyən tanışının vasitəsilə əlilliyə görə təqaüdünü
bərpa etdirəcəyini yalandan vəd verib. Bu yolla Famil zərərçəkmişin ümumilikdə
3 030 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Famil Həsənovun
barəsində həbs qətimkan tədbiri seçilib.

Source link