b3123d2a-c66a-495f-a317-a95f8425332c..jpg

Tanışını 20 manat borca görə bıçaqlayan şəxsə hökm oxundu

Baxış sayı: 453 dəfə baxılıb.

Tanışını 20 manat borca görə bıçaqlayan şəxsə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən
Tural Mursəliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tural Mursəliyev dörd il müddətinə azadlıqdan məhrum
edilib.

İttihama görə, hadisə 18 aprel 2023-cü il tarixdə, saat 14 radələrində
Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində qeydə alınıb.

Belə ki, təqsirləndirilən Tural Mursəliyev tanışı, zərərçəkmiş Rövşən Həsənova
(soyadı şərti) 20 manat pul borcu olub. Bununla əlaqədar o, həmin şəxslə
yaşadığı evin qarşısında mübahisə edərək dalaşıb. Dava zamanı zərərçəkmiş şəxs
onun yaxasından tutub dartıb, nəticədə hər ikisi yerə yıxılıb. Sonra Tural
yıxıldığı yerdən durub yaşadığı evə gedərək mətbəx bıçağını götürüb, Rövşənin
yanına qayıdaraq ona xəsarət yetirib.

Source link