b9fafa93-428f-4010-8bb2-116a0c091750..jpg

Tanışını 50 manat borca görə döyən şəxsə AĞIR CƏZA

Baxış sayı: 618 dəfə baxılıb.

Tanışını 50 manat borca görə döyən şəxsə AĞIR CƏZA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada
təqsirləndirilən Əli Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa
çatıb.

Pravda.az xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 23 iyun 2023-cü il tarixdə, saat 21 radələrində Ağsu
şəhəri, H.Aslanov küçəsində qeydə alınıb.

Belə ki, Əli Dadaşov tanışı, zərərçəkmiş Qabil Qayıbovla (şərti) mübahisəyə
səbəb zərərçəkmişin ona verdiyi 50 manat borc pulu geri tələb etməsi olub. Daha
sonra təqsirləndirilən şəxs yumruqları ilə, eləcə də daşla qəsdən Qabilin baş
və sol baldır nahiyələrinə zərbələr vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Əli Dadaşov cinayət məsuliyyətinə cəlb edilib və barəsində
həbs qətimkan tədbiri seçilib.

Source link