fa03ee05-af2c-4575-8848-a55a6512444f..jpg

Tanışını döyən şəxs məhkəmə zalında həbs edildi

Baxış sayı: 741 dəfə baxılıb.

Tanışını döyən şəxs məhkəmə zalında həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada
təqsirləndirilən Mahir Əsgərovun (şərti) barəsindəki hökmdən verilən
apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi
ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur
qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən “Araz” marketin yaxınlığında qeydə
alınıb.

Belə ki, Mahir Əsgərov aralarında yaranmış mübahisə zamanı yumruqla tanışı,
zərərçəkmiş Cəfər Cəfərovun (şərti) göz nahiyəsindən vuraraq, xəsarət yetirib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum
edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında
qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. Bundan başqa, mülki
iddia qismən təmin edilərək vurulmuş mənəvi zərərə görə Mahir Əsgərov 2000
manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxsə ödənilməsi və mülki
iddianın qalan hissədə baxılmamış saxlanılması müəyyən edilib.

Source link