Tanışını qisas məqsədilə ov tüfəngi ilə vurana hökm oxundu

Tanışını qisas məqsədilə ov tüfəngi ilə vurana hökm oxundu

Baxış sayı: 2. 601 dəfə baxılıb.

Tanışını qisas məqsədilə ov tüfəngi ilə vurana hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, E.Əliyev 9 il 6 ay müdddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il noyabrın 9-dan 10-na keçən gecə Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş verib. Mərdanov qardaşları küçəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan E.Əliyev binanın girişində tanışı Namiq Nəcəfova ov tüfəngindən atəş açıb.

Ağır yaralanan N.Cəfərov xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. E.Əliyev cinayəti törətdikdən sonra qaçaraq gizlənib, lakin Post-patrul xidmətinin əməkdaşları onu saxlayıblar.

İttihama görə, E.Əliyev N.Cəfərovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədilə öldürmək istəyib.

Ona Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adamöldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırla) maddələri ilə ittiham verilib.