c2a52bdc-8e38-4039-a72e-911c8467648b..jpg

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır – VİDEO

Baxış sayı: 1. 040 dəfə baxılıb.

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə
intensiv döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ümumqoşun təlim poliqonunda keçirilən məşğələlər zamanı ərazidə təbii və süni
maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən
üzərinə dərinlikdən irəliləməklə hücum üzrə çalışmalar yerinə yetirilib.

Həmçinin zirehli texnikanın üzərinə quraşdırılmış silahdan aşkar olunan
hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar
da icra olunub.

Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən
məşğələlərdə tankçılarımız yüksək peşəkarlıq nümayiş etdirirlər.


Source link