fb732179-a6e3-4acd-ac0b-f1f581918f70..jpg

Tanzaniyada daşqın 50-ə yaxın insanın həyatına son qoyub – FOTO/VİDEO

Baxış sayı: 400 dəfə baxılıb.

Tanzaniyada daşqın 50-ə yaxın insanın həyatına son qoyub – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqın və torpaq
sürüşmələri nəticəsində azı 47 nəfər ölüb, 85 nəfər yaralanıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

“Ölənlərin sayı 47, yaralananların sayı isə 85 nəfərə çatıb” Tanzaniyanın
Manyara vilayətinin komissarı Kvin Sendiq bildirib.

Qeyd edək ki, bundan əvvəl 20 nəfərin öldüyü, 70 nəfərin yaralandığı
bildirilirdi. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.

Şənbə günü Tanzaniyanın şimalına yağan leysan yağışlar çoxlu sürüşmələrə səbəb
olub və bu ərazidəki evləri və infrastrukturu dağıdıb.

Mənbə: TASS


Source link