037cf6d5-0dea-4570-b037-a1ca40424bd4..jpg

Tapdıq Əliyev: “Naxçıvanda son 20 ildə 187 milyon manatdan çox güzəştli kredit verilib”

Baxış sayı: 526 dəfə baxılıb.

Tapdıq Əliyev: “Naxçıvanda son 20 ildə 187 milyon manatdan çox güzəştli kredit
verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2003-2023-cü illər ərzində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın
İnkişafı Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin 1 828 investisiya layihəsinin maliyyələşdirilməsinə
187 milyon 110 min manatdan çox güzəştli kredit verilib.

“Report” xəbər verir ki, bunu muxtar respublikanın iqtisadiyyat naziri Tapdıq
Əliyev Naxçıvanda “Zəfərə gedən yolda 20 il” mövzusunda keçirilən tədbirdə
deyib.

Onun sözlərinə görə, kreditlərin 17,3%-i kənd təsərrüfatı məhsullarının
istehsalına, 20,8%-i xidmət sahələrinin inkişafına, 61,9%-i isə müxtəlif növ
sənaye məhsullarının istehsalı, emalı, o cümlədən aqrar məhsulların emalı və
digər sahələrin inkişafına yönəldilib.

“Naxçıvanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının
asanlaşdırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda
fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Bu vəsaitdən
cari ilin 9 ayı ərzində muxtar respublikada fəaliyyət göstərən sahibkarlara 1
milyon 375 min manat güzəştli şərtlərlə kredit ayrılıb ki, bunun 450 min manatı
sənayenin, 250 min manatı kənd təsərrüfatının, 675 min manatı isə xidmət
sektorunun payına düşüb”, – deyə T.Əliyev əlavə edib.

Source link