Tanınmış Hollivud rejissoru Kventin Tarantino “Billı öldürmək” məşhur filminin davamını çəkmək niyyətində olduğunu bildirib.
“Andy Cohen Live” radio verilişində açıqlama verən rejissor yeni filmdə baş rolda əvvəllər olduği kimi Uma Turmanı gördüyünü bildirib.
O qeyd edib ki, Turman gözəl formadadır. Rejissorun fikrincə filmdəki qisasçı gəlin obrazı daha artığına layiqdir.
“Bu böyük bir iş olacaq. Əvvəlcə filmin konsepsiyası hazırlanmalıdır: çoxlu döyüşlərdən sonra gəlinlə nə baş verdiyini aydınlaşdırmalıyıq. Bu dəfə doğurdanda maraqlı ola biləcək ideyalarım var”. – deyə Tarantino açıqlayıb.
O bildirib ki, filmin çəkilişinə 3 ildən sonra başlamaq fikrindədir.