Amerikalı rejissor Kventin Tarantino ilk dəfə ata olacaq.
Bu barədə “People” xəbər verir.
Qeyd olunur ki, rejissor öz sevgilisi, aktrisa Daniel Pik ilə 2009-cu ildə “Şərəfsiz biçlər” filminin çəkilişlərində tanış olub. Cütlük 2017-ci ildə nişanlanıb, bir il sonra isə evlənib.
Bu, 56 yaşlı Tarantino və onun 35 yaşlı həyat yoldaşının ilk övladıdır.
Uşağın cinsi və hamiləliyin müddəti dəqiqləşdirilmir.