a4dd46b1-4ea2-4263-9925-25b8e58207f2..jpg

Tarif Şurasından bəzi dərmanların qiymətləri ilə bağlı QƏRAR

Baxış sayı: 534 dəfə baxılıb.

Tarif Şurasından bəzi dərmanların qiymətləri ilə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tarif (qiymət) Şurasının 15 mart 2024-cü il tarixində növbəti iclası keçirilib.

Tarif Şurasından verilən məlumata görə, iclasda yeni dövlət qeydiyyatına
alınan 177 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı
təchizatın təmin olunması məqsədilə 100 dərman vasitəsinin qiymətinin yuxarı
həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə
təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli
Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət
qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı
həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının
rəsmi internet saytının “Dərman vasitələri” bölməsində (
http://tariff.gov.az/documents/DVA.pdf
) yerləşdirilib.

Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının “Şuranın qərarları” bölməsində
tanış olmaq olar.

Source link