Tariflər azaldılıb: Market və apteklərdə qiymətlər ucuzlaşa bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mərkəzi Bank tərəfindən bir sıra “interchange” tariflər üzrə yuxarı hədlərin
müəyyənləşməsi sahibkarların xərclərinin azaldılması məqsədi daşıyır”.
Bunu “Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, eyni zamanda burada əsas məqsədlərdən biri də, banklar
tərəfindən təklif edilən xidmətlər üzrə xərclərin azaldılması və buna uyğun
olaraq əlçatanlığın genişləndirilməsindən ibarətdir.
“Ona görə də hesab edirəm ki, bu istiqamətdə tariflərin azaldılması, eyni
zamanda həmin sahibkarların, ərzaq və dərman satan obyektlərin xərclərinin
azalmasına gətirib çıxaracaq. Gözləntilər ondan ibarətdir ki, xərclərin
azalması həmin məhsulların daha ucuz qiymətə təklif edilməsinə səbəb ola
bilər”, – deyə o, qeyd edib.
Qeyd edək ki, AMB interchange tariflərinin yuxarı-orta həddini müəyyən edib.
Bu hədd orta hesabla 36% azaldılıb. Xüsusilə bu hədd həssas xidmət növləri olan
ərzaq mağazaları, apteklər üzrə qəbul edilən ödənişlər üzrə 33%, yanacaq
doldurma məntəqələrində 55%, digər proqramlar üzrə isə 22% azaldılıb.