Tarixə qovuşan KİNOTEATRLAR – Bölgələrimizdə onların bərpası düşünülürmü?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət
göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar
qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə
bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan
kinoteatrların binalarından da əsər-əlamət qalmayıb. Bəzi binalar ya xarabalığa
çevrilib, ya təyinatı üzrə dəyişdirilib, ya da yerində yaşayış evləri tikilib.
İnsanlar həm Əli aşından, həm də Vəli aşından olublar…
Maraqlıdır, rayon və kəndlərimizdə kinoteatrların bərpası düşünülürmü?
Mədəniyyət Nazirliyindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki,
rayonlardakı kinoteatrlar özəlləşdirilməyə verilib:
“Bir neçə kinoteatr binası istisna olmaqla rayonlarda yerləşən, Mədəniyyət
Nazirliyinin tabeliyindəki kinoteatrlar Azərbaycan Respublikası Prezidentinin
müvafiq fərmanı ilə özəlləşdirməyə təqdim olunub və özəlləşdirilib. Təmiri və
yenidən qurulması əsaslı vəsait qoyuluşu tələb edən, hazırda nazirliyin
balansındakı kinoteatrların bərpası diqqətdə saxlanılır və gələcəkdə bu
istiqamətdə müvafiq işlərin görülməsi nəzərdə tutulub”.