Tarix Əliyev: “Həcc ziyarətini Antalya-Bodruma döndərməyin”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aparıcı-prodüser Tarix Əliyev (Tolik) növbəti açıqlaması ilə diqqət çəkib.
O bu barədə “Tarixin bir günü” verilişində danışıb. Tolik Həcc ziyarətindən
edilən bəzi paylaşımlara irad bildirib:
“Allaha qurban olum. Əvvəl bizim qonşuda saqqallı kişiləri Həccə ziyarətinə
yola salırdılar. İndi baxıram, Ümrə ziyarətinə kimlər gedir. Mən özüm o yolu
getməyə layiq deyiləm. Allah mənə ruzi yetirsin, o yola getmək istəyən insanı
göndərim. Ondan çox savab qazanaram, oranı Antalya-Bodruma döndərməyin,
günahdır. Hər insanı aparmasınlar. Söhbət müğənnilərdən getmir. Məsələn, bu
yaxınlarda Xatun bacısı, anası ilə getmişdi. Allah qəbul etsin. Bəzən qarşıma
tanınmamış simalar çıxır. Görürəm ki, orada ifrat dərəcədə hərəkətlər edirlər.
Ora Allahın evidir, siz etdiyiniz isə günahdır”.