1f5b261d-64fc-429a-91db-b2889c3f59d9..jpg

Tarixçi-alim: “Qərbi Zəngəzur ərazilərində tarixi əhəmiyyətli 200 türk kəndi və şəhəri dağıdılıb” – FOTO

Baxış sayı: 502 dəfə baxılıb.

Tarixçi-alim: “Qərbi Zəngəzur ərazilərində tarixi əhəmiyyətli 200 türk kəndi
və şəhəri dağıdılıb” – FOTO

“Qərbi Zəngəzur ərazilərində 200 tarixi əhəmiyyətli türk kənd və şəhərləri
dağıdılıb”.

AZƏRTAC xəbər verir ki, bunu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun
əməkdaşı Faiq İsmayılov söyləyib.

Onun sözlərinə görə, tarixdən məlumdur ki, Qərbi Azərbaycan ərazisinin əzəli
yerli sakinləri Azərbaycan türkləridir. Halbuki, ermənilər bu ərazilərdə çar
Rusiyasının təşəbbüsü ilə tarixin müəyyən mərhələlərində müxtəlif ölkələrdən
köçürülərək məskunlaşdırılıblar:

“İndiki Ermənistan, eləcə də Qərbi Zəngəzur ərazilərinə ermənilər XIX əsrin
sonu XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən İrandan və Türkiyədən,
həmçinin Yunanıstan, Suriya, Fransa və digər ərazilərdən gətiriliblər. Bu
baxımdan Qərbi Azərbaycanın müxtəlif şəhərlərində məskunlaşdırılan ermənilər
dil, ləhcə və xarakter baxımından bir-biriləri ilə kəskin fərqlənirlər.
Məsələn, İrəvanda yaşayan ermənilər Mehridə, Gorusda və Qarabağda yaşayanların
dillərini çətin anlayırlar”.

Source link