Tarixi bu günə gətirən şəhər – Afina

Tarixi bu günə gətirən şəhər – Afina

Baxış sayı: 2. 838 dəfə baxılıb.

Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir. Şəhərə ilin müxtəlif fəsillərində dünyanın hər yanından minlərlə insan gəlir.

Tarixi bu günə gətirən şəhər – Afina

Qədim dövrlərdən bu günədək önəmini itirməyən Afina mavi dənizi, tarixi gözəllikləri və mədəniyyətinin zəngin olması ilə insanların marağına səbəb olur. Üç tərəfi dağlarla əhatələnən şəhərdə tarixi və modern memarlıq harmoniya təşkil edir.

Təbii gözəliklərini tarixi zənglikliklərlə birləşdirən Afinada Neolit dövründən indiyədək yaşayış məskənləri  mövcud olub. Şəhərin adı müharibə ilahəsi Afinanın adından götürülüb.

Tarixi bu günə gətirən şəhər – Afina

1834-cü ilədək Osmanlı İmperiyasının hakimiyyəti altında olan şəhər bu tarixdən sonra paytaxt olaraq qarşımıza çıxır və hazırda daha çox turizm dəyəri ilə önplandadır.

Hər mövsüm öz fərqliliyi ilə seçilən Afinada havalimanından şəhər mərkəzinə getmək üçün avtobus, metro ya da tramvaydan istifadə edə bilərsiniz.

Şəhərin ən yüksək nöqtələrindən birində yerləşən Akropolis gəzməli olduğunu yerlərdən ilki olmalıdır. Yunanca “Yuxarıda olan şəhər” mənasına gələn və qədim dövrlərdə insanların toplaşdığı məkan – Akropolis gecələr işıqlandırılma sisteminin fərqli olması ilə də diqqət çəkir. 

Tarixi bu günə gətirən şəhər – Afina

Demokratiyanın yarandığı yer olaraq tanınan Akropolisdə dünyada ən böyük məbəd olan “Parthenon”, hələ də bəzi mərasimlərin keçirildiyi “Herodes Atticus” Teatrı, “Dionysos” Teatrı, “Propylaia” və “Erekhtheion” məbədləri yerləşir.

Afinanın mərkəzi olan “Syntagma” Meydanı az da olsa, Nizami Küçəsini xatırladır. Burada yerləşən Parlament Binası da görüntüsü ilə göz oxşayır.

Tarixi bu günə gətirən şəhər – Afina

Turistlərin axın etdiyi məkanlardan biri də şəhərin mərkəzində yerləşən “Monastiraki” Meydanıdır.

Həmçinin, vaxt keçirə biləcəyiniz yerlərdən biri də Akropolisin yamaclarında yerləşən Anafiotika Bölgəsində mavi pəncərələri olan ağ evlərin olduğu küçələrdir.

Afina metro, tramvay və avtobus kimi şəhərdaxili nəqliyyat vasitələri ilə rahatlıqla gəzə biləcəyiniz yerlərdəndir. Müsair standartlara uyğun metro şəbəkəsi vasitəsilə şəhərin mərkəzindən bütün nöqtələrinə asanlıqla gedə bilərsiniz.

Tarixi bu günə gətirən şəhər – Afina

Akropolis illər keçməsinə rəğmən şəhərin ən köhnə nöqtəsi olaraq tanınır. 

Gəzərkən Akropolisin tarixi nəfəsini hiss edə, döngələrində itə bilərsiniz.

Daş küçələrində canlı musiqi eşidib müsbət auralı bir gün keçirə, axşam gözəl bir şam yeməyi ilə şəhərin mənzərəsinin dadını çıxara bilərsiniz…

Tarixi bu günə gətirən şəhər – Afina

Ermou küçəsi şəhərin ən populyar yerləri arasındadır. Küçənin hər iki tərəfində sıra ilə düzülən evlər maraqlı memarlıq üslubu ilə görənləri heyran edir. “Syntagma” Meydanı ilə hüdudlanan Ermouda alış-veriş edə, yorulduğunuzda isə kafelərdən birində əyləşib, menyudan gözəl bir içki sifariş verə bilərsiniz.

Olduqca lüks mağazaların yan-yana düzüldüyü Kolonaki küçəsi alış-veriş etmək isətəyənlər üçün əsrarəngiz bir dayanacaqdır.

Tarixi bu günə gətirən şəhər – Afina

Həmçinin, bu bölgədə Müasir İncəsənət Muzeyi və Benaki Muzeyini ziyarət edə bilərsiniz. Neolit dövründən Roma dönəminə qədər geniş bir arxivə sahib olan Beynəlxalq Arxeoloji Muzeyi də turistlərin axın etdiyi yerlər arasındadır.

Afinada diqqətçəkən digər məqam isə mətbəxinin olduqca rəngli və dadlı olmasıdır.
Akropolisdə olarkən bunun fərqinə varacaqsınız. Çünki ovsunlayıcı bir mənzərəyə baxaraq yeni dəniz məhsullarından dada biləcəksiniz. 

Tarixi bu günə gətirən şəhər – Afina

Zeytun yağı da bu mətbəxdə öz yerini qoruyur. Hər damağa xitab edən Yunanıstanın milli içkisi Uzo, pendirlə hazırlanan Yunan salatı, Dolmades və Caciki restoranlarda qarşınıza çıxan ləzzətlər arasında yer alır.

.
www.ÇıxışYolu.Com