İspaniyanın “Uici: Veronikanın lənəti” adlı ispan filmi kino tarixinin ən qorxulu filmi elan olunub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə NME məlumat yayıb.
“Uici – ölən insanların ruhlarının çağırılması üçün spiritual oyun lövhəsidir. Onu bəzən “İblis” lövhəsi də adlandırırlar, ona görə ki, axirət dünyası ilə əlaqə insan üçün bəzən acı fəsadlara yol açır. Əlinə “uici” alan insan bilməlidir ki, o şər aləminin qapılarını açmaq gücünə malikdir, onun qarşısını almaq isə mümkünsüzdür” deyə filmin annotasiyasında deyilir.
Lentin “Rotten Tomatoes”-dakı reytinqi 100 faiz təşkil edir.
Qorxulu film, kino və serialların ödənişli əsaslarda internet üzərindən yayımını həyata keçirən “Netflix”-də fevralın 26 təqdim olunacaq. Film sosial şəbəkələrdə geniş rezonans doğurub.
Filmin 1991-ci ildə baş vermiş real hadisələr əsasında çəkildiyi bildirilir. Həmin vaxt ispaniyalı məktəbli Estefaniya Qutyerres Lazaro “uici lövhəsi” ilə oynadıqdan sonra keçinmişdi. Filmin rejissoru Pako Plasadır.